RU

AÇ-2026: Millimiz Belçikaya 11 cavabsız qolla məğlub oldu – ARENA.AZ

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2026) seçmə mərhələsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer almış yığmamız Belçikanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə üz-üzə gəlib.

Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubec” stadionunda keçirilmiş görüşü Ukrayna və Sloveniyadan olan hakimlər briqadası idarə edib. Qarşılaşma rəqibin 11:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda Farer adaları yığması Sloveniya millisini 4:0 hesabıylü üstələyib.

Millimiz qrupdakı növbəti matçını Sloveniya yığmasına qarşı keçirəcək. Bu görüş martın 15-də baş tutacaq.

AÇ-2026-nın seçmə mərhələsi
B Liqası, 3-cü qrup
12 mart

Belçika – Azərbaycan 11:0
Baş hakim: Veronika Vasilçenko (Ukrayna).
Baş hakimin köməkçiləri: İrina Qoliyak (Ukrayna), Kaya Şkrban (Sloveniya).
Dördüncü hakim: Tayda Qlebeç (Sloveniya).
“Matiya Qubec” stadionu, Krşko. Saat 15:00.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
76
9
arena.az

10Источники