RU

Füzulidə 52 yaşlı kişi minaya düşərək həlak olub

Füzulidə mina partlayışı nəticəsində bir nəfər həyatını itirib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.

Məlumata əsasən, Füzulidə çoban kimi çalışan Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu atla hərəkətdə olarkən minaya düşüb.

Partlayış nəticəsində R.Hacıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
88
7
day.az

10Источники