RU

Füzulidə mina partlayışı: Ölən var

Füzulidə mina partlayışı nəticəsində bir nəfər həyatını itirib.

"Yeni Sabah" "Trend"ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.

Məlumata əsasən, Füzulidə çoban kimi çalışan Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Ramil Maşallah oğlu Hacıyev atla hərəkətdə olarkən minaya düşüb.

Partlayış nəticəsində R.Hacıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Избранный
76
7
yenisabah.az

10Источники