RU

Xəstəxanaya yerləşdirilən Karahanlı dan xəbər var

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Kanal D"də yayımlanan məşhur "Arka sokaklar" serialında "Rıza Baba" obrazı ilə tanınan aktyor Zafer Ergin sabah xəstəxanadan evə buraxılacaq.

Axşam.az xəbər verir ki, 83 yaşlı aktyor həftənin əvvəlində serialın çəkiliş meydançasında özünü pis hiss etdikdən sonra Şişlidəki özəl xəstəxanaya aparılmışdı. Müayinələr zamanı qanında infeksiya göstəricilərinin yüksək olduğu müəyyən edilmiş və həkimlər onun xəstəxanaya yerləşdirilməsinə qərar vermişdi.

Antibiotik müalicəsindən sonra səhhəti yaxşılaşan Zafer Erginin sabah xəstəxanadan buraxılacağı bildirilib. Aktyor həftəsonu evdə istirahət etdikdən sonra gələn həftənin əvvəlində yenidən serialın çəkilişlərinə qatılmağı planlaşdırır.

Qeyd edək ki, Zafer Ergin "Kurtlar vadisi" serialındakı "Karahanlı" obrazı ilə sevilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
90
3
axsam.az

4Источники