RU

“Audi” ilə təhlükəli manevrlər edən sürücü evə piyada getdi VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Təhlükəli manevrlər edən sürücü evə piyada gedib. Avtosfer.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində baş verən hadisə videoregistratora düşüb.

Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO

Məlumata görə, Kadıköy rayonunda “Audi” markalı avtomobilin sürücüsü hərəkətin intensiv olan vaxtı nəqliyyat vasitələrini arası ilə təhlükəli manevrlər edib. Bu cür təhlükəli hərəkətlərlə yoluna davam edən sürücü bir müddət sonra yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Nəticədə müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq sürücü 90.000 lirə (red. 3.469 manat) cərimələnib. Sürücülük vəsiqəsi müsadirə edilən və avtomobili 60 gün müddətinə duracağa yerləşdirilən sürücü evə piyada getməli olub.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
77
avtosfer.az

1Источники