RU

"Mən yanında ola-ola da onu itirə bilərəm" - Ağadadaş Ağayev

Yazını böyüt
Yazını kiçilt
"Geriyə qayıtsam, bütün illərimin bir saniyəsini belə həyatımdan çıxmazdım".
 
Hafta.az xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Günə uğurla" verilişində deyib.
 
Müğənni bildirib ki, necə yaşadım elə yaşayardım. İmtahanlarımla bir yerdə:
 
"Cavanlıqda həssas olursan. İnsan yaşa dolduqca anlayır ki, ən yaxın dostun dərddir. Dərdsiz həyatı sevmirəm. Dərd imtahandır, şükranlıqla yaşasaq, Allah mükafatımızı artırar".

Xalq artisti eyni zamanda qızının xəstəliyindən də danışıb:

"Qızım xəstədir. Başqa yerə gedəndə ona görə çox narahat olurdum. Bir gün düşündüm ki, qızımın sahibi Allahdır. Onun epilepsiyası var. Konsertə gedirəm fikrim orada qalır. Mən yanında ola-ola da onu itirə bilərəm, olmayanda da yaşaya bilər. Mənim sevgim lazımdır. Amma bir sevgi, işıq var, o da Allahın yoludur. İmtahanlarım olub. Amma bu imtahanlar məni ayaqüstə tutub".

Избранный
23
9
hafta.az

10Источники