RU

İranın yeni silah iddiası – Saniyədə 100 metr sürətli raket

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) Kaliforniya ştatının polis idarələrinə İranın pilotsuz uçuş aparatları ilə mümkün hücum təhlükəsi barədə xəbərdarlıq göndərib.

Milli.Az xəbər verir ki, müvafiq xəbərdarlıq bir neçə gün əvvəl ştatın polis strukturları arasında paylaşılıb.

Xəbərdarlıq mətnində bildirilir ki, 2026-cı ilin fevral ayından etibarən İranın ABŞ-nin Qərb sahillərinə, xüsusilə Kaliforniyada müəyyən edilməmiş hədəflərə qarşı pilotsuz uçuş aparatları ilə qəfil hücum həyata keçirməyə cəhd edə biləcəyi barədə məlumat əldə olunub. Telekanal qeyd edir ki, bu hücumların naməlum gəmidən buraxılan dronlar vasitəsilə həyata keçirilə biləcəyi ehtimal edilir və belə bir ssenari ABŞ-nin İrana qarşı zərbə endirməsi halında mümkün hesab olunur.

SEPAH-ın yüksəkrütbəli komandanı Əli Fədəvi isə bildirib ki, İslam Respublikası su altından sürəti saniyədə 100 metr təşkil edən raketlərə malikdir. O, həmçinin qeyd edib ki, bu cür silahların texnologiyası yalnız İran və Rusiyada mövcuddur.

Asya
Milli.Az 

Избранный
59
2
milli.az

10Источники