RU

Nigar da Avroviziya mahnımızı bəyənmədi

"Çox söz deməyəcəyəm. İstəyirəm bizi yüksək səviyyədə təmsil etsin. "Avroviziya"nın formatı dəyişib. Deyirlər, gözəl səsi var. Bəli, gözəldir. Amma orada elə gözəl səslər var ki..."

Musavat.com xəbər verir ki, bu sözləri   "Avroviziya 2011" qalibi Nigar Camal "İncə sənət" verilişində deyib. Sənətçi müsabiqədə bu il ölkəmizi təmsil edəcək JİVA və "Just go" mahnısına münasibətini açıqlayıb: "Bizdən ən gözəl səsi göndərsən belə, onlarda yaxşısı olacaq. Yaxşı mahnı olmalıdır. Bizim dildə danışan və düşünən insanın yazdığı mahnı olmamalıdır. Avropada yaşayan, onlar kimi düşünən biri mahnı yazmalıdır. Mahnını eşidən kimi bildim ki, bizimkilər yazıb".

Qeyd edək ki, 70-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.

Könül
Musavat.com 

Избранный
110
5
musavat.com

6Источники