“Vətən Naminə” Şəhid ailələrinə dəstək İctimai Birliyi 11.03.2026-cı il tarixində Vətən müharibəsi Şəhid ailələri ilə birlikdə Müqəddəs Ramazan ayında iftar süfrəsi təşkil etdik.
QHT.az xəbər verir ki, bu barədə məlumatı “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova məlumat verib. Onun sözlərinə görə, tədbirə Quba YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba Şahdağ Truskavets sanatoriya mərkəzinin nümayəndələri və mərkəzdə müalicə alan şəhid ailələri,dini xadımlər,şəhid ailələri dəvət olunmuşdu:
"Tədbir zamanı qəhrəman Şəhidlərimizin əziz xatirəsi böyük hörmət və ehtiramla yad edildi, ruhlarına Qurani-Kərim oxundu. Bu müqəddəs ayda Şəhid ailələri ilə bir araya gəlmək, onların yanında olmaq bizim üçün böyük qürur və mənəvi borcdur. Bu xeyirxah təşəbbüsün həyata keçirilməsində dəstək olan bütün xeyriyyəçi sahibkarlara sonsuz minnətdarlığımızı bildirir, təşəkkür edirik".