RU

İranın yeni ali rəhbəri xalqa ilk müraciətini etdi

Xarici güclərin ölkəni parçalamaq cəhdlərinin qarşısı alınıb.

Bunu İranın yeni ali rəhbəri Müctəba Hüseyni Xamenei xalqa ilk müraciətində bəyan edib.

AZƏRTAC İran mediasına istinadən xəbər verir ki, Xamenei müraciətdə bir sıra mühüm məqamlara toxunub.

O bəyan edib ki, qonşu ölkələrlə dostluğa inanır, amma ö ölkələrdəki ABŞ hərbi bazaları bağlanmalıdır. Əks-təqdirdə onlara hücumlar davam etdiriləcək.

“Hörmüz boğazı bağlı qalmalıdır”, deyən İranın yeni lideri bildirib ki, bundan mütləq təzyiq vasitəsi kimi istifadə edilməlidir. O İrana dəymiş zərərə görə kompensasiya tələb olunacağını da bəyan edib.

Xamenei münaqişənin davam etməsi halında yeni cəbhələrin açılacağı ilə də hədələyib.

Избранный
17
2
xalqqazeti.az

3Источники