RU

Buxarestdə strateji imza – Ukrayna dronları Rumıniyada istehsal olunacaq

Rumıniya və Ukrayna arasında hərbi-texniki əməkdaşlığı yeni səviyyəyə qaldıran mühüm sənədlər imzalanıb.

Musavat.com xəbər verir ki, tərəflər pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalı barədə razılığa gəliblər və bu istehsalın Rumıniya ərazisində yerləşdirilməsi planlaşdırılır. Birgə müəssisənin qurulması Ukraynanın cəbhədəki ehtiyaclarını daha sürətli qarşılamaqla yanaşı, Rumıniyanın müdafiə sənayesi potensialını da gücləndirəcək.

PUA istehsalı ilə yanaşı, tərəflər energetika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə də razılıq əldə ediblər. Bu əməkdaşlıq çərçivəsində hər iki ölkənin enerji təhlükəsizliyinin artırılması və infrastruktur layihələrinin birgə icrası nəzərdə tutulur.

Görüşün yekunu olaraq ölkələr arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb ki, bu da Buxarest və Kiyev arasındakı münasibətlərin uzunmüddətli və dərin xarakter daşıdığını bir daha təsdiq edir.

Rəsmi dairələr bu addımın həm regional təhlükəsizlik, həm də Rusiya ilə davam edən müharibə fonunda Ukraynanın hərbi resurslara çıxışı baxımından kritik əhəmiyyət kəsb etdiyini vurğulayırlar.

Musavat.com

Избранный
51
musavat.com

1Источники