Bakı, 12 mart, AZƏRTAC
Dünya üçün mühüm bir dövrdür. Bu baxımdan, Bakı Forumu həm region, həm də həmkarlar arasında fikir mübadiləsi aparmaq üçün olduqca vacib bir platformadır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında XIII Qlobal Bakı Forumunun iştirakçısı Bolqarıstanın sabiq Baş naziri Kiril Petkov deyib.
O, konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycanı və Prezident İlham Əliyevi təbrik edib.
“Bolqarıstan Azərbaycanın dostudur və qarşıdakı bir neçə gün ərzində təhlükəsizlik məsələləri, eləcə də son dövrdə xüsusi əhəmiyyət kəsb edən enerji mövzuları üzrə çox səmərəli və məhsuldar müzakirələrin aparılacağını gözləyirəm. Ümid edirəm ki, bu konfransda daha çox bilik qazanacaq, buradan yeni və güclü əlaqələr quraraq ayrılacağıq”, - deyə sabiq Baş nazir vurğulayıb.