Bakı. Trend:
Aqressiv millətçiliklə mübarizə aparmaq lazımdır.
Trend xəbər verirki, bunu Slovakiyanın sabiq xarici işlər naziri Yan Kubiş “Keçiddövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu zamanı bildirib.
“Hazırda bir çoxları qaydalara əsaslanan beynəlxalq nizamınartıq sona çatdığını deyir. Lakin ölkələrin əksəriyyəti hələ dəqaydalara, normalara və öhdəliklərə əsaslanan nizama sadiqdir.Yalnız az sayda böyük dövlət qaydalara əsaslanan beynəlxalq nizamıqəsdən pozur”, – deyə o bildirib.
Onun sözlərinə görə, aqressiv millətçiliklə yanaşı, mənfi mənadabaşa düşülən konservatizmə qarşı da mübarizə aparmaq lazımdır.
“Hər bir ölkənin təbii ənənələrinə əsaslanan mühafizəkarlığaqarşı çıxmalı olduğumuzu düşünmürəm. Biz millətçiliyivətənpərvərliklə qarışdırmamalıyıq. Lakin həddindən artıq,hipertrofiyaya uğramış millətçilik problemdir”, – deyə Kubiş əlavəedib.