RU

Elektromobil istehsalında inək qanından istifadə ediləcək?

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kaliforniya Universitetinin alimlərinin araşdırması elm adamlarının və elektromobil istehsalçılarının ciddi marağına səbəb olub.

Avtosfer.az xəbər verir ki, məqalə müəllifləri elektromobil batareyalarının tərkibinə albumin adlanan maddəni əlavə etmək istəyirlər. Bu protein inək qanında bol miqdarda var və qida sənayesinin alt məhsulu kimi də ucuz başa gəlir.

Alimlər albumini nikel-dəmir tərkibli batareyalara əlavə etmək istəyirlər. Bu batareyalar təxminən 130 il əvvəl icad olunsa da, sonradan benzin mühərrikli avtomobillərin artması fonunda yaddan çıxıb. Bəs inək qanının batareyanın istehsalında rolu nədən ibarətdir?

Nikel-dəmir tərkibli batareyalar ucuz başa gəlsə də resursu azdır. Bir müddət sonra 2 metalın ionları ayrılaraq fərqli yerlərdə toplanır. Bununla da, batareya zəifləyir. Albumin isə bu 2 metalın molekullarını bir yerdə sabit saxlamağa xidmət etməlidir.

İşlər hələlik tədqiqat mərhələsindədir.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
avtosfer.az

1Источники