Azərbaycan etibarlı tərəfdaş kimi ehtiramla əhatələnib - DEPUTAT
Son illər beynəlxalq aləmdə dünyəvi proseslər xeyli gərginləşib. İran-İsrail müharibəsinin dağıntıları aradan qaldırılmamış ABŞ, İsrail – İran müharibəsi başladı. Bu müharibə miqyasına görə son on illərin ən böyük müharibələrindəndir. Belə bir vaxtda Azərbaycan yenə dünyəvi, bəşəri dövlət olraq beynəlxalq münasibətlərin normallaşması istiqamətində öz mövqeyini daha da möhkəmləndirir. Azərbaycan İranın Naxçıvana dron zərbələri endirsə də dinc yanaşı yaşama tərəfdarı olduğunu qətiyyətlə bildirdi.
Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri də dövlətlərarası münasibətlərdə olduğu kimi, beynəlxalq təşkilatlarla da əlaqələrin bu düstura əsaslandığı qənaətin təsdiqidir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi bəyanat Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu daha da artırdı.
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüquqa tam hörmətlə yanaşılmaqla qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda əsasında qurulduğu bir daha təsdiqlənən bu nüfuzlu səfərdə 16 dövlətin, o cümlədən Avropa İttifaqının 10 üzvünün Azərbycandan qaz aldığını, Azərbaycanın qaz hasilatnı artıracağını, qazı yeni yataqda hasil etməyə başlayacağını, Azərbaycanın 10 milyard kubmetr əlavə qazı olacağını, beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmağı planlaşdırdığını, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımaların ikitərəfli gündəliyinin mühüm hissəsi olduğunu, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısının keçirildiyini, Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılmasına böyük ümidlər olduğunu, müstəqilliyi hələ 1991-ci ildə bərpa olunan Azərbaycanın cəmi yeddi aydır sülhdə yaşadığını, ... xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Bu, həmçinin ona görə vacibdir ki, bəzən sənədlər uzun müddət ərzində elə kağız kimi qalır. Bizə gəldikdə, 2023-cü ilin sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan 2025-ci ilin avqustunda sülhə nail olmağımızdan iki ildən az vaxt keçir. Düşünürəm ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz. İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir. Bir sözlə, gündəliyimiz həqiqətən çox genişdir. Biz, əlbəttə, sərhədlərimizə yaxın bölgədə təhlükəsizlik məsələlərini müzakirə etdik”. Bu rəsmi səfər zamanı, həmçinin, Azərbaycan Respublikasının Prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti ayırıcı xətlərdən azad, dinc, sabit, qarşılıqlı əlaqəli və inkişaf edən Cənubi Qafqaz kimi ortaq strateji məqsədi bir daha təsdiqləyərək, regionda baş verən son müsbət hadisələri, xüsusilə də Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışlayıb. Onlar 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün nəticələrini və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı addımları yüksək qiymətləndiriblər. Avropa İttifaqı Şurasının Prezidenti iki ölkənin ikitərəfli dialoq vasitəsilə regionda davamlı sülhə nail olmaq istiqamətində səylərini Aİ-nin tam dəstəklədiyini bir daha təsdiqlədi.
Bu səfər Azərbaycanın beynəlxalq münasibətlər sistemində böyük nüfuza malik olduğunu, münasibətlər baxımından etibarlı tərəfdaş kimi ehtiramla əhatələndiyini də tarixləşdirdi...