RU

Yan Kubiş böyük gücləri ittiham etdi: "Onlar qəsdən qaydaları pozur!"  

Slovakiyanın sabiq xarici işlər naziri Yan Kubiş XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış” mövzulu paneldə çıxış edib.

Musavat.com bildirir ki, sabiq nazir çıxışında beynəlxalq münasibətlər sistemində yaranan gərginliklərə və qaydalara əsaslanan qlobal nizamın üzləşdiyi problemlərə diqqət çəkib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti normalara, qaydalara və qarşılıqlı öhdəliklərə əsaslanan nizamı qəbul edir və ona sadiq qalmağa çalışır.

Yan Kubiş bildirib ki, mövcud problemlərin əsas səbəblərindən biri bəzi böyük güclərin bu qaydaları qəsdən pozmasıdır.

“Beynəlxalq ictimaiyyətin əksəriyyəti qaydalara, normalara və öhdəliklərə əsaslanan beynəlxalq nizam-intizamı qəbul edib və ona sadiq qalır. Yalnız bir neçə böyük güc qəsdən qaydalara əsaslanan beynəlxalq nizamı pozur. Ona görə də biz bu psixoloji təzyiqin tələsinə düşməməliyik”, deyə o qeyd edib.

Sabiq nazir vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, dünya ölkələrinin böyük hissəsi hələ də beynəlxalq hüquq normalarına və qarşılıqlı öhdəliklərə əsaslanan sistemə riayət etməyə çalışır. Onun fikrincə, qlobal əməkdaşlığın qorunması və çoxtərəfli diplomatiyanın gücləndirilməsi mövcud böhranların aradan qaldırılması üçün əsas şərtlərdən biridir.

Xalidə Gəray
Musavat.com

Избранный
59
2
musavat.com

4Источники