RU

Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz üzə qoydu VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında qayda pozan sürücü görüntülənib.

Avtosfer.az xəbər verir ki, bu barədə ərazidən keçən vətəndaşlardan biri sosial şəbəkə hesabında paylaşım edib. Videodan görünür ki, səfirliyə məxsus 085 D 001 dövlət nömrə nişanlı, “BMW” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini adacığın üzərində park edib.

Bununla yanaşı, avtomobil piyada keçidinin yaxınlığında saxlanıldığı üçün yolu keçən piyadaların hərəkətinə də təhlükə yaradıb. Şikayətçinin sözlərinə görə, hətta piyadalardan biri keçiddən istifadə edərkən az qala avtomobilə çırpılacaqdı.

Qeyd edək ki, qanunvericiliyə əsasən, nəqliyyat vasitələrinin piyada keçidlərinin üzərində və ya onlara yaxın məsafədə, eləcə də adacıqların üzərində saxlanılması və park edilməsi qadağandır. Bu cür hallarda sürücü inzibati məsuliyyətə cəlb oluna və cərimə oluna bilər. Səfirlik avtomobillərinin sürücüləri də yol hərəkəti qaydalarına riayət etməli və digər hərəkət iştirakçılarına təhlükə yaratmamalıdır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
avtosfer.az

1Источники