RU

Evlərin qiyməti bir müddət bahalaşmayacaq-Mənzil bazarında süni qiymət artımını maklerlər yaradır - VİDEO

Xəbər vermişdik ki, qarşıdakı illərdə evlərin qiymətinin  bahalaşacağını gözləmək reallıqdan uzaqdır.Mövcud iqtisadi mənzərə əmlak bazarında qiymətlərin qalxacağını əks etdirmir.Hətta vurğulamışdıq ki,bundan sonra televiziyalar, saytlar daşınmaz əmlak bazarında qiymətlərin qalxdığına dair xəbərlər tirajlasalar belə,ümumilikdə nəzərəçarpacaq dəyişikliklər müşahidə olunmayacaq.


Göründüyü kimi son günlər bu mövzuda kifayət qədər açıqlamalar verilib.Bütün hallarda evlərin qiymətində ciddi və nəzərəçarpacaq dəyişikliklərin müşahidə olunmayacağı qənaəti formalaşıb.


Məsələn,Qaynarinfo.az-a  açıqlamasında əmlak eksperti Ramil Osmanlı 2026-cı ilin yanvar-fevral aylarında tikinti sektorundakı qiymətlərlə bağlı danışarkən bildirib ki,hazırda şəhərsalma ilə bağlı müəyyən qərarların qəbulu istiqamətində müzakirələr aparılsa da, ümumilikdə ilin əvvəlində ciddi və nəzərəçarpacaq dəyişikliklər müşahidə olunmayıb.


Eləcə də,ekspert əmlak bazarında durğunluğun yaşandığını vurğulayıb.O,bildirib ki,əgər aktivlik artar, müraciətlərin sayı və bazara pul axını çoxalar, tikintinin tempi yüksələr, ümumi tələb artar və makroiqtisadi dəyişikliklər baş verərsə, bu halda evlərin qiymətində artım müşahidə edilə bilər.


Bu günlərdə İctimai TV-nin hazırladığı sujetdə isə mənzil bazarında süni qiymət artımını maklerlərin yaratdığına da toxunulub.İctimai TV-yə danışan bir neçə əmlak eksperti isə mənzil bazarında süni qiymət artımına qarşı mübarizə aparmaq üçün bu sahədə hələ ki,nəzarət mexanizminin olmadığını qeyd ediblər.

Faktinfo.az


Daha ətraflı VİDEODA:








Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

Избранный
24
azia.az

1Источники