RU

“Çox tərəfli əməkdaşlıq kiçik və orta dövlətlər üçün ədalətli platformadır” HİKMƏT HACIYEV

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Bu gün xüsusi olaraq çox tərəfli əməkdaşlığın dəstəklənməsi məsələsini vurğulamaq istəyirəm. Mən çox güclü şəkildə multilaterallığın tərəfdarıyam. Çünki çox tərəfli əməkdaşlıq kiçik və orta ölkələr üçün ədaləti təmin edir, onlara beynəlxalq platformalarda söz haqqı verir və qlobal sistemin tənzimlənməsində iştirak etməyə imkan yaradır”.

SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XIII Qlobal Bakı Forumda çıxışı zamanı səsləndirib.

Hikmət Hacıyev bildirib ki, multilaterallıqla bağlı müzakirələrdə müxtəlif yanaşmalar da nəzərə alınmalıdır: “Çox tərəfli əməkdaşlığın böhranından danışarkən onun müxtəlif istiqamətlərini də qiymətləndirməliyik. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq institutlar qlobal təhlükəsizlik məsələlərində bəzən məhdud imkanlara malik olur və bu da konsensus çatışmazlığından irəli gəlir”.

O qeyd edib ki, regional təşəbbüslər və beynəlxalq platformalar müəyyən hallarda effektiv nəticələr verə bilir: “Məsələn, Qoşulmama Hərəkatı ilə bağlı əvvəllər müxtəlif tənqidlər səsləndirilirdi. Lakin 2019–2022-ci illərdə bu platforma regional və çoxölçülü əməkdaşlıq üçün işlək mexanizm olduğunu nümayiş etdirdi. Pandemiya və iqlim diplomatiyası sahəsində də müəyyən irəliləyişlər əldə olundu”.

Hikmət Hacıyev vurğulayıb ki, multilaterallığın əsas problemlərindən biri siyasi iradənin və institusional uyğunlaşmanın çatışmazlığıdır: “Bəzən beynəlxalq institutlar əməkdaşlıq etmək əvəzinə bir-birini əvəz etməyə çalışır və bu da effektivliyin azalmasına səbəb olur. Ona görə də çox tərəfli əməkdaşlığın daha çevik strukturlar və güclü siyasi iradə ilə dəstəklənməsi vacibdir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
1
sia.az

2Источники