RU

Türkiyənin 20 milyon dollar mükafatla axtardığı şəxsə Suriyada vəzifə verildi

Türkiyə tərəfindən qırmızı bülletenlə axtarışa verilən PKK/ YPG terrorçusu Sipan Hemo Suriyada nazir müavini təyin edilib.

"Unikal" xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin Mətbuat və Kommunikasiya Departamentinin direktoru Asim Qalyun məlumat yayıb. 

O, bildirib ki, sözdə PKK/ YPG lideri olan Sipan Hemo müdafiə nazirinin müavini təyin olunub. 

Adı axtarışda olan Sipan Hemo, Türkiyə Daxili İşlər Nazirliyinin 20 milyon TL mükafatla qırmızı kateqoriyada axtardığı şəxslərdən biri idi. O PKK/ YPG terror təşkilatının yüksək rütbəli üzvü Məzlum Abdinin yaxın adamı kimi tanınırdı və təşkilatın ali rəhbərliyində mühüm rol oynayıb.

Gülayə Mecid 

Избранный
13
unikal.az

1Источники