RU

Anbarlar dolub, alternativ yoxdur: Neft tədarükü iflic olub

Yaxın Şərqdə baş verən münaqişə dünya tarixində neft tədarükündə ən böyük fasiləyə səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.

Bildirilib ki, Hörmüz boğazı vasitəsilə keçən neft və neft məhsullarının axını gündə təxminən 20 milyon bareldən minimum səviyyəyə düşüb:

“Yaxın Şərqdəki müharibə qlobal neft bazarı tarixində ən böyük tədarük pozuntusuna gətirib çıxarıb. Bu kritik marşrutu alternativ yollarla əvəz etmək imkanları məhduddur və anbarlar dolmağa başlayır”.

Избранный
32
publika.az

1Источники