RU

“BilBacar” müsabiqəsinin IV “Hazırlıq” mərhələsinə başlanılıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 12 mart, AZƏRTAC

Bu gündən etibarən “BilBacar” müsabiqəsinin IV “Hazırlıq” mərhələsi aktivdir.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu, 2025-2026-cı tədris ili üzrə “BilBacar” müsabiqəsinin sonuncu hazırlıq mərhələsidir. Şagirdlər öz “BilBacar” hesablarına daxil olaraq “Hazırlıq” bölməsində yerləşdirilən sualları cavablandıra bilərlər.

Şagirdlərə iki mətn təqdim olunacaq: bədii və informativ. Onlar bu mətnlər əsasında müxtəlif tipli sualları cavablandıracaqlar. “Hazırlıq” mərhələsi şagirdlərin “Yarış” mərhələsinə daha səmərəli hazırlaşmasına kömək edir.

Qeyd edək ki, “BilBacar” müsabiqəsinin keçirilməsində məqsəd ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlamaq, təhlil və nəticə çıxarmaq bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda, onlara kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
1
azertag.az

2Источники