RU

Qətər və Küveyt Ermənistan Dəmir Yolunu idarə etməyi öz üzərinə götürə bilər

Oxumeni.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qətər və Küveyt Ermənistan Dəmir Yolunu idarə etməyi öz üzərinə götürə bilər

Qətər və Küveyt Ermənistan dəmir yolunun idarə edilməsi imkanını nəzərdən keçirməyə hazır olduqlarını bildiriblər. Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumətdə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, məsələ müxtəlif tərəfdaşlarla müzakirə oluna bilər. Eyni zamanda, İrəvan əsas şərt kimi potensial operatorun həm Ermənistan, həm də Rusiya ilə yaxşı münasibətlərə malik olmasını hesab edir.

Paşinyan vurğulayıb ki, Ermənistan tərəfi bu mövzunu rusiyalı tərəfdaşlarla müzakirə etmək niyyətindədir.

"Biz rusiyalı tərəfdaşlarla danışmaq istəyirik, razılaşmaq, ünsiyyət qurmaq lazımdır. Müqaviləni pozmaq həmişə pisdir və bizim dövlətlərarası, hətta şəxsi münasibətlərimiz də bizə belə bir yolla getməyə imkan vermir. Əksinə, onlar sakit və dostcasına bir şəraitdə müzakirələrə kömək edir", - Ermənistanın baş naziri bildirib.

Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
1
oxumeni.az

2Источники