RU

“Ramazan ayında pullu iftar süfrələri dini baxımdan düzgün deyil”

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Ramazan ayında təşkil olunan pullu iftar süfrələri son dövrlərdə dini müstəvidə də müzakirə mövzusuna çevrilib.

Görəsən, bu süfrələr Ramazanın mahiyyətinə uyğun sayılırmı?

Mövzu ilə bağlı Gununsesi.info-ya ilahiyyatçı Tural İrfan bildirib ki, Ramazan ayının əsas xüsusiyyətlərindən biri insanlara təmənnasız maddi və mənəvi dəstək göstərilməsidir.

Onun sözlərinə görə, bu ay yardımlaşma, paylaşma və bir-birinə dayaq olma ruhunu gücləndirir.

Lakin o qeyd edib ki, son vaxtlar bəzi şəxslər Ramazan ayının mahiyyətini düzgün dərk etmir və iftar süfrələrini qazanc vasitəsinə çevirirlər. Bildirib ki, Ramazan ticarət ayı deyil, mərhəmət və səxavət ayıdır:

“İmkanlı şəxslər və müəssisələr imkanları daxilində ehtiyacı olan insanlara pulsuz iftar süfrələri təşkil edə və bununla savab qazana bilərlər. Ancaq iftar süfrələrinin pulla satılması, bahalı menyuların təqdim olunması və müxtəlif dəbdəbəli yeməklərin əlavə edilməsi Ramazanın ruhuna uyğun deyil.

Ramazan pəhriz ayıdır və bu ayda insanın əsas diqqəti mənəvi saflığa yönəlməlidir. Bu dövrdə əsas məqsəd bədəni deyil, insanın mənəviyyatını qidalandırmaqdır”.

O əlavə edib ki, iftar süfrələrinin dəbdəbəli və israf xarakterli olması həm dini ənənələrə, həm də milli dəyərlərə uyğun deyil. Bu səbəbdən belə yanaşmanı düzgün hesab etmir:

“Daha doğru yanaşma kafe və restoranların Ramazan ayında iftar menyularına güzəşt tətbiq etməsi və imkan daxilində ehtiyacı olan şəxslərə müəyyən sayda pulsuz iftar təqdim etməsidir. Bir çox müsəlman ölkələrində də belə təcrübə mövcuddur.

Maddi qazanc naminə iftar süfrələrinin satışa çıxarılması, xüsusilə də dəbdəbəli və israfçı süfrələrin təqdim olunması düzgün deyil. İftar süfrəsini israf süfrəsinə çevirmək Ramazanın mahiyyətinə ziddir”.

Günay 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
59
icma.az

1Источники