RU

Azərbaycanın sədrliyi göstərdi ki, Qoşulmama Hərəkatı çoxşaxəli regional əməkdaşlığın inkişafına töhfə verə bilən effektiv platformadır - Hikmət Hacıyev

Bakı.Trend:

Azərbaycan multilateralizmin güclü tərəfdarıdır. Çünkimultilateralizm kiçik və orta ölçülü ölkələr üçün vacibdir. O,bərabərliyi təmin edir.

Trend xəbərverir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsininmüdiri Hikmət Hacıyev bu gün XIII Qlobal Bakı Forumu çərçivəsində“Multilateralizmin böhranı: Qlobal əməkdaşlığa yenidən baxış” adlıpaneldə çıxışı zamanı bildirib.

“Eyni zamanda, müzakirə masasında söz haqqı verir və bu da bizəqlobal və ya regional qərarların formalaşdırılmasına töhfə verməyəimkan yaradır. Həmçinin qlobal məkanın formalaşmasına da töhfə verəbilirik. Hesab edirəm ki, multilateralizmdə böhran haqqındadanışarkən gündəliyə daha müxtəlif yanaşma tətbiq etməliyik. Əgərmultilateralizmə BMT terminologiyası əsasında geniş yanaşsaq,birinci bölmə sülh və təhlükəsizlikdir. Məhz bu sahədə böhranmövcuddur. Bununla yanaşı multilateralizmin digər sahələri də var:sosial, iqtisadi və müəyyən texniki, humanitar istiqamətlər. Busahələrdə isə müəyyən uğur hekayələrindən danışmaq mümkündür.Birinci bölmə – sülh və təhlükəsizlik bölməsi əsasən BMTTəhlükəsizlik Şurasının fəaliyyəti və mandatı ilə bağlıdır. Buradaisə BMT Təhlükəsizlik Şurasının qeyri demokratik və yetərincətəmsil olunmayan strukturu, qlobal konsensus və qlobal əməkdaşlığınçatışmazlığı, parçalanma kimi problemlər mövcuddur”.

H.Hacıyev qeyd edib ki, bunun nəticəsi olaraq hazırda BMTTəhlükəsizlik Şurasının qlobal sülh və təhlükəsizlik məsələlərindətətbiq imkanları çox məhduddur:

“Azərbaycan Qoşulmama Hərəkatına qoşulduqda müəyyən tənqidlərsəsləndirilirdi. Bəziləri deyirdi ki, bu təşkilat köhnəlmişplatformadır və artıq aktuallığını itirib. Lakin Azərbaycanın2019–2022-ci illərdə sədrliyi göstərdi ki, Qoşulmama Hərəkatıçoxşaxəli regional əməkdaşlığın inkişafına töhfə verə bilən canlıvə effektiv platformadır. COVID-19 pandemiyası da bunun bir sınağıoldu.

Azərbaycanın real fəaliyyəti digər multilateral platformalardada davam edib. Məsələn, COP29 və iqlim diplomatiyası. Bu,Azərbaycan üçün yeni bir çağırış olsa da, biz effektiv sədrliyitəmin edə bildiyimizi sübut etdik. Azərbaycanın COP29-a sədrliyikarbon bazarı, zərər və itkilər fondu kimi mühüm qərarların qəbulolunmasına töhfə verdi”.

Избранный
75
2
az.trend.az

3Источники