RU

Ukrayna və Macarıstan arasında “QIZIL” QALMAQALI: Vəsaitlər MÜSADİRƏ OLUNDU

Macarıstan “Oşadbank”ın maşınlarını qaytarıb, lakin içindəki milyonları saxlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın “Evropeyskaya Pravda” nəşri məlumat yayıb.

Macarıstan hakimiyyəti Ukraynanın dövlət bankı olan “Oşadbank”a məxsus, bir neçə gün əvvəl saxlanılmış iki inkassasiya avtomobilini geri qaytarmağa razılıq verib.

Lakin rəsmi Budapeşt həmin avtomobillərdə daşınan külli miqdarda pulun və qızılın geri qaytarılmasından imtina edib.

Məlumata görə, Macarıstan tərəfi yalnız nəqliyyat vasitələrini təhvil verib, lakin onların içərisindəki 40 milyon ABŞ dolları (təxminən 68 000 000 manat), 35 milyon avro (təxminən 64 400 000 manat) və 9 kiloqram qızılı özündə saxlayıb.

Xatırladaq ki, “Oşadbank”ın inkassasiya karvanı martın 5-də Macarıstanda əsassız olaraq saxlanılmışdı.

Vəsaitlərin müsadirə edilməsi Ukrayna və Macarıstan arasında diplomatik gərginliyi daha da artırıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
75
interpress.az

1Источники