RU

Rusiyada "Telegram" VPN-lə işləməyəcək

Rusiya Dövlət Dumasında "Telegram"ın VPN-lə də işləməyəcəyi bildirilib.

APA-nın Moskva bürosu xəbər verir ki, Dumanın deputatı Andrey Svintsov “Telegram”ın tam bloklanacağını söyləyib.

"Əgər kimsə hamının sadəcə VPN yükləyəcəyini və istifadə etməyə davam edəcəyini düşünürsə, heç nə işləməyəcək. “Roskomnadzor” bütün trafiki bloklayacaq və bu da məhdudiyyətləri aşmağı qeyri-mümkün edəcək", - o deyib.

Qeyd edək ki, aprelin 1-dən Rusiyada "Telegram"ın tam bloklanacağı açıqlanıb. Rəsmi Moskva sözügedən platformanın Rusiya qanunlarına riayət etmədiyinə, Rusiya ilə əməkdaşlıq etmədiyinə görə bu qərarın verildiyini açıqlayıb.

"Cebheinfo.az"

Избранный
19
6
cebheinfo.az

8Источники