RU

Bakı Forumunda “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış” mövzusunda panel keçirilir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 12 mart, AZƏRTAC

XIII Qlobal Bakı Forumu çərçivəsində “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış" mövzusunda panel sessiya keçirilir.

AZƏRTAC xəbər verir ki, panelə Birlik Təşkilatının (Commonwealth) sabiq Baş katibi, Böyük Britaniya Lordlar Palatasının üzvü Patrisiya Skotland moderatorluq edir.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Slovakiyanın sabiq xarici işlər naziri Yan Kubiş, Xorvatiyanın keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviç, Ekvadorun sabiq xarici işlər naziri Mariya Fernanda Espinosa, Seneqalın sabiq Prezidenti Maki Sall və Avstriya Respublikasının sabiq xarici işlər naziri Benita Ferrero-Valdner çıxış edəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
2
azertag.az

3Источники