RU

Adından istifadə edilən hüquqi şəxs mənəvi zərər tələb edə bilərmi? – Ali Məhkəmə

Bakı.Trend:

Fiziki şəxsin addan, ata adından, soyaddan, təxəllüsdən(uydurmaaddan) ibarət adı olmaq hüququ olduğu kimi, hüquqişəxsin də firma,kommersiya və ya müəssisə adından ibarət adhüququ mövcuddur.

Bu barədə Trend-ə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, bir şəxsin adından başqa biri tərəfindən icazəsizistifadəolunması, səhv və ya təhrif edilmiş şəkildə təqdimedilməsi, şəxsin adından istifadə etməklə aldadıcı hərəkətləredilməsi,fiziki şəxsin adının anonimləşdirilməli(məxfiləşdirilməli) olduğu halda açıq şəkildə yayılması və sair bukimi hüquqazidddavranışlar şəxsiyyət hüquqlarına qanunsuz müdaxiləhesabedilməklə mülki məsuliyyət yaradır.

Şəxsin adından istifadə etməklə aldadıcı hərəkətlər edilməsidedikdə həm fiziki, həm də hüquqi şəxslərə münasibətdəediləndavranışlar, məsələn, saxta sosial şəbəkə hesablarıyaradılması, müştəri cəlb etmək məqsədilə şəxsin adından istifadəedərəkvizit kartı tərtib edib paylanılması, hüquqi şəxsin adındahərfdəyişikliyi edərək haqsız rəqabətə girilməsi, tanınmıştikişfabrikinin adının əks olunduğu etiketlərin öz geyimməhsullarınayerləşdirilməsi və bu kimi digər hüquqazidd hərəkətlərbaşadüşülür.

Ad hüququnun pozulmasına məruz qalan şəxslər mülkiqaydada tələbirəli sürərək pozuntunun tanınması, aradanqaldırılması – adınsilinməsi, anonimləşdirilməsi, gizlədilməsi, ona düzəliş edilməsivə ya cavabın verilməsi, media subyektininüzr istəməsi, hüquqpozuntusu barədə məhkəmə qərarınınmediada dərc edilməsi və sair bukimi şəxsiyyət hüquqlarınınmüdafiə üsullarından istifadə edəbilərlər.

Qeyd edilən hərəkətlərə məruz qalan fiziki şəxslər buüsullarlayanaşı onlara dəymiş maddi və mənəvi zərərinödənilməsini də tələbedə bilərlər.

Hüquqi şəxslər isə mənəvi zərər tələb edə bilməz, yalnızpozuntunəticəsində onlara dəymiş maddi zərərin ödənilməsinitələb edəbilərlər.

Məqalədə:
Избранный
50
18
az.trend.az

10Источники