RU

XIII Bakı Qlobal Forumu çərçivəsində panel müzakirə keçirilib - FOTO

Bu gün XIII Bakı Qlobal Forumu çərçivəsində “Qlobal Təhlükəsizlik və Güc Balansı: Beynəlxalq Hüquqa Hörmət, Yeni Məsələlər, Yeni Çağırışlar” adlı panel müzakirəsi keçirilib.

Aznews.az xəbər verir ki, panel müzakirəsində çıxışçılar mövzu ilə bağlı fikirlərini bölüşüb.

Belçikanın keçmiş Baş naziri, Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel diqqətə çatdırıb ki, Aİ-nin söykəndiyi bütün prinsiplər dağılmaqdadır, beynəlxalq hüquq hər gün təhdidə və təcavüzə məruz qalır: “Strateji alternativlər əsasında düşünülməli, qərarlar verilməlidir. ABŞ-la strateji ittifaq dəyişir, Aİ daha müstəqil qərarlar qəbul etməlidir. Yaxın Şərqdəki vəziyyət, Venesuela, Qrenlandiya ilə bağlı fikir ayrılıqlarını görürük. Aİ ölkələri təhlükəsizlik və müdafiə sahəsində vəziyyəti düzəltməlidir, etibarlı tərəfdaşlıqlar qurulmalıdır. Vaxtilə Rusiyanın mədən yanacağından və Çinin ucuz mallarından asılı idik, düşünürəm bu vəziyyət bitib”.

Misirin keçmiş xarici işlər naziri, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa isə qlobal təhlükəsizliyə təhdidlərdən bəhs edib və vəziyyətin dəyişməli olduğunu bəyan edib: “Qlobal təhlükəsizlik ötən illərdə qlobal supergüclər tərəfindən müəyyən edilirdi, bu, belə davam edə bilməz. Qlobal Şimal və Qlobal Cənub arasında uçurum var”.

Избранный
12
3
aznews.az

5Источники