Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, 2014-cü ildə Krımın Rusiyaya birləşməsini dəstəkləyənlər onun üçün artıq insan sayılmır.
Publika.az xəbər verir ki, bu barədə o, "Politico" nəşrinə verdiyi müsahibədə bildirib.
Zelenskinin sözlərinə görə, 2014-cü ildən sonra bu şəxslərə münasibəti dəyişib və onlar onun üçün nə tərəfdaş, nə də dost ola bilərlər.
Qeyd edək ki, Krım 2014-cü ilin martında keçirilmiş qondarma referendumdan sonra Rusiyaya birləşib. Rusiya bildirib ki, yarımadanın sakinlərinin 96,77%-i, Sevastopol sakinlərinin isə 95,6%-i Rusiyaya qoşulmağı dəstəkləyib.
Ukrayna hələ də Krımı müvəqqəti işğal olunmuş ərazi hesab edir və bir sıra Qərb ölkələri bu mövqeyi dəstəkləyir. Rusiya tərəfi isə bir neçə dəfə bildirib ki, Krımın Rusiyaya birləşməsi sakinlərin demokratik qərarı ilə həyata keçirilib və beynəlxalq hüquqa uyğundur.