RU

Honda üç elektrik avtomobil layihəsini ləğv edib

Yaponiyanın Honda Motor Co., Ltd. şirkəti elektrik avtomobilləri ilə bağlı strategiyasını yenidən qiymətləndirərək Şimali Amerikada istehsalı planlaşdırılan üç modelin hazırlanmasını və bazara çıxarılmasını ləğv etdiyini açıqlayıb. Qərar biznes mühitində baş verən dəyişikliklər fonunda qəbul edilib və şirkətin maliyyə nəticələrinə mənfi təsir göstərəcəyi gözlənilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, şirkət Honda 0 SUV, Honda 0 Saloon və Acura RSX elektrik modellərinin istehsal planını dayandırıb. Şirkət hesab edir ki, hazırkı şəraitdə bu avtomobillərin istehsalı və satışı uzunmüddətli perspektivdə əlavə maliyyə itkilərinə səbəb ola bilər.

Şirkətin verdiyi məlumata görə, bu qərar nəticəsində istehsal üçün nəzərdə tutulmuş aktivlərin silinməsi və layihələrin dayandırılması ilə bağlı əlavə xərclər yaranacaq.  Həmçinin Çindəki investisiyalar üzrə dəyərsizləşmə zərəri də qeydə ala bilər.

Proqnozlara əsasən, 2026-cı ilin martında başa çatacaq maliyyə ili üçün şirkətin əməliyyat xərcləri 820 milyard yendən 1,12 trilyon yenədək arta bilər. Ümumilikdə isə elektrikləşdirmə strategiyasının yenidən qiymətləndirilməsi ilə bağlı itkilərin maksimum 2,5 trilyon yenə çata biləcəyi ehtimal olunur.

Şirkət bildirib ki, elektrik avtomobillərinə tələbatın bəzi bazarlarda yavaşlaması fonunda gələcəkdə hibrid modellərin inkişafına daha çox diqqət yetiriləcək və yeni strategiyanın detalları may ayında keçiriləcək mətbuat konfransında açıqlanacaq.

Fatimə Nəbiyeva

Избранный
50
qht.az

1Источники