RU

Voleybol üzrə Azərbaycan çempionatlarında pley-off mərhələsinin tarixi bəlli olub

Bakı, 12 mart, AZƏRTAC

Voleybol üzrə kişilər və qadınlar arasında Yüksək Liqada pley-off mərhələsinin tarixi bəlli olub.

Voleybol Federasiyasından AZƏRTAC-a bildirilib ki, qadın komandaları martın 27-də, kişi komandaları isə aprelin 6-da oyunlara start verəcəklər. Bürünc medal uğrunda görüşlər və final qarşılaşmaları aprelin 18-19-da keçiriləcək.

Qeyd edək ki, pley-off və yarımfinal matçları 2 oyundan (ev-səfər) ibarət olacaq. İki görüşün nəticəsində komandaların qələbələri bərabər olarsa, qızıl set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir qarşılaşma olacaq.

Избранный
31
3
azertag.az

4Источники