RU

“Crocus”dakı terror aktını törədənlərə ömürlük iş verildi


Rusiyanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi “Crocus City Hall”dakı terror aktında iştirak edən 19 nəfərdən 15-ini ömürlük həbs cəzasına məhkum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, qalan dörd nəfər 19 il 11 aydan 22 il 6 ayadək azadlıqdan məhrum ediliblər.
Müstəntiqlərin sözlərinə görə, onlar terrorçuları pul və silahla təmin ediblər.
Bildirilib ki, ömürlük azadlıqdan məhrum edilənlər Medjon Soliyev, Mustakim Soliyev, Şaxromjon Qadoev, Zubaydullo İsmoilov, Hüseyn Hamidov, Muhammad Şaripzoda, Yakubjon Yusufzoda, Nazrimad Lutfulloy, Cumaxon Kurbonov, Husen Medov, Cabrail Auşev, Şamsidin Fariduni, Dalercon Mirzoyev, Murodali Racabalizoda və Muhammasobir Fayzov olub.
Bundan əlavə, təqsirləndirilən şəxslər 800 minlə 2,7 milyon rubl arasında (17 min manatdan 58 min manata qədər) cərimə ediliblər.
Qeyd edək ki, “Crocus City Hall” konsert zalında terror aktı 22 mart 2024-cü ildə baş verib. Hücum edənlər binanın içərisindəki insanlara avtomatik silahlardan atəş açıblar, sonra isə auditoriyanı yandırıblar. Hücum nəticəsində 609 nəfər yaralanıb, 149 nəfər ölüb. Ümumi ziyan təxminən altı milyard rubl təşkil edib.
Cinayət işi üzrə 19 təqsirləndirilən şəxs müttəhimlər kürsüsündə əyləşib. Onlardan 13-ü birbaşa terrorizmdə, qalanları isə terror fəaliyyətinə kömək etməkdə ittiham olunub. Prokurorluq 15 təqsirləndirilən şəxsə ömürlük həbs cəzası tələb edib. Bunlardan prokurorluq hücumu həyata keçirən dörd təqsirləndirilən şəxsə ilk 17 il cəza, qalanlarına isə hər biri 990 000 rubl (21 min manatdan çox) cərimə ilə xüsusi rejimli cəza koloniyasında cəza təyin etməyi təklif edib.
Избранный
30
yeniavaz.com

1Источники