RU

Bakı Platforması: beynəlxalq əməkdaşlıq və dialoq üçün yeni imkanlar- ÖZƏL

Gülüstan Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumu keçirilib. Forum Azərbaycanın qlobal dialoq və beynəlxalq əməkdaşlığa verdiyi töhfəni nümayiş etdirən mühüm platforma kimi qiymətləndirilir.
XIII Qlobal Bakı Forumunun beynəlxalq münasibətlər və qlobal dialoq baxımından əhəmiyyəti nədir? XIII Qlobal Bakı Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq siyasətdə artan rolunu və təşəbbüskarlığını necə göstərir?
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib: 
"  XIII Qlobal Bakı Forumu beynəlxalq məsələlər sistemində dialoq və əməkdaşlıq platforması kimi mühüm əhəmiyyətə malik tədbirlərdən biridir. Yəni, hazırda bu gərgin dünyamızda müharibələr gedir, böyük dövlətlər müharibə aparır və insanlıq narahat bir vəziyyətdədir. Belə situasiyada bu cür müzakirələr, forumların keçirilməsi çox önəmlidir, xüsusən də Qlobal Bakı Forumu. Forum beynəlxalq təhlükəsizlik, geosiyasi gərginlik, enerji təhlükəsi, iqlim dəyişikliyi kimi məsələlərin müzakirə olunduğu həqiqətən mühüm beynəlxalq platforma kimi tanınır və bu mövzular insanlıq üçün çox önəmlidir. Burada mövzular müzakirə olunur, qərarlar verilir, gələcək əməkdaşlıq perspektivləri müəyyənləşdirilir. İnsanlığın gələcək taleyində bu məsələlər məhz Bakı platformasında gündəmə çıxarılır və önəmli fikirlər həm beynəlxalq ictimaiyyətə təqdim olunur, həm də müvafiq imkan daxilində qərarlar və sənədlər qəbul edilir.
Bu istiqamətdə müvafiq addımların atılması qərara bağlanır. Qlobal dialoq həm də etimad mühitinin formalaşması üçün çox önəmlidir. Hazırda qeyd etdiyim kimi, gərginlik vəziyyətində biz mütləq beynəlxalq dialoq kanallarını açıq saxlamalıyıq. Bu, indiki münaqişələrin daha da genişlənməsinin və yeni münaqişələrin yaranmasının qarşısını almağa mühüm dəstək olur. Azərbaycan burada beynəlxalq siyasi müzakirələrdə mühüm platformaya çevrilir. Müxtəlif ölkələrdən, qitələrdən və təşkilatlardan gələn siyasətçilər, ekspertlər və mütəxəssislər bir araya gələrək bu məsələlərə dəstək verirlər və Azərbaycanın nüfuzunu, onun yumşaq gücünü artırırlar.
Düşünürəm ki, belə qlobal təşəbbüslərlə biz gələcəkdə də bu narahat dünyamızın problemlərinin həllində ciddi rol oynayırıq və rol oynamaqda davam edəcəyik". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
73
olaylar.az

1Источники