RU

Amr Musa: Qlobal Cənub ölkələri təhlükəsizliklə bağlı öz mövqelərini formalaşdırır

Bu gün Qlobal Cənub ölkələri öz mövqelərini, o cümlədən qlobal təhlükəsizlik məsələlərinə dair yanaşmalarını formalaşdırmağa və müəyyənləşdirməyə başlayırlar.

"Far.Az" xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi (2001–2011), Misirin sabiq xarici işlər naziri (1991–2001) Amr Musa XIII Qlobal Bakı Forumunda bildirib.

Onun sözlərinə görə, XX əsrdə qlobal təhlükəsizlik anlayışı əsasən böyük dövlətlər və supergüclər tərəfindən formalaşdırılır və müəyyən edilirdi: məhz onlar dünyanın qalan hissəsinə öz baxışlarını təqdim edərək, bu terminin parametrlərini və təfsirini müəyyənləşdirirdilər.

"Beynəlxalq sistem dəyişikliklərə uğrayır, Qlobal Şimal və Qlobal Cənub arasındakı bölünmə isə getdikcə daha çox nəzərə çarpır. Belə bir şəraitdə XXI əsrin reallıqları nəzərə alınmaqla, qlobal təhlükəsizlik anlayışının özü yenidən nəzərdən keçirilməlidir", - o qeyd edib.

Musanın sözlərinə görə, Qlobal Cənub ölkələri beynəlxalq gündəliyin formalaşdırılmasında və dünya siyasətinin əsas məsələlərinə, o cümlədən təhlükəsizliyə yanaşmaların müəyyən edilməsində getdikcə daha fəal iştirak etməyə can atır.

Избранный
54
1
far.az

2Источники