Estetik əməliyyatlarını gizlətməməsi və bu barədə açıq danışması ilə tanınan məşhur sənətçi Seda Sayan sosial mediada paylaşdığı son foto ilə yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, jurnalist Cengiz Semercioğlu ilə çəkilmiş şəklini paylaşan sənətçinin üzündəki nəzərəçarpacaq dəyişiklik izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Bəziləri bunun estetik müdaxilə, bəziləri isə filtr effekti olduğunu iddia edib.
Paylaşılan fotoda sənətçinin üz cizgilərinin əvvəlkindən xeyli fərqli görünməsi izləyicilərin diqqətindən yayınmayıb. Şərhlərdə bir çox istifadəçi onu ilk baxışdan tanımadığını bildirib.
Qeyd edək ki, o, "qaş qaldırma" texnikası və dodaq böyütmə kimi bir çox kosmetik müdaxiləni izləyiciləri ilə tez-tez bölüşür.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.png)
