RU

Amerika lideri: “İran üzərində qələbə artıq əldə edilib”

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

“ABŞ-ın İran üzərində qələbəsi müharibənin ilk saatlarında bəlli idi”

“ABŞ artıq İrana qarşı müharibədə faktiki olaraq qalib gəlib”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp bildirib ki, hazırda yeganə sual hərbi əməliyyatların nə vaxt başa çatacağıdır.

“ABŞ çox yaxşı vəziyyətdədir. İran üzərində qələbə artıq əldə edilib, lakin əməliyyatlar başladığımız işi başa çatdıranadək davam edəcək. Əsas məsələ budur ki, biz bu müharibəni qazanmalıyıq, biz onu tez qazanmalıyıq", - deyə Tramp vurğulayıb.

Amerika liderinin sözlərinə görə, nəticə hərbi əməliyyatın ilk saatlarında bəlli olub: "Biz qalib gəldik. İlk saatda hər şey əsasən həll olundu".

Tramp həmçinin ABŞ-ın 58 İran hərbi gəmisini məhv etdiyini açıqlayıb: "Amma biz oradan tez çıxmaq istəmirik, elə deyilmi? Biz başladığımız işi bitirmək istəyirik. Biz hər iki ildən bir ora qayıtmaq istəmirik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
66
ayna.az

1Источники