“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel iclaslarla davam etdirir.
AZƏRTAC xəbər verir ki, “Qlobal təhlükəsizlik və güclər balansı: Beynəlxalq hüquqa hörmət – Yeni məsələlər, yeni çağırışlar” mövzulunda keçirilən ilk panel iclasına Belçikanın sabiq Baş naziri İv Leterm moderatorluq edir.
İclasda Belçikanın sabiq Baş naziri Şarl Mişel, Ərəb Liqasının sabiq Baş katibi Əmr Musa, Avstriya Respublikasının keçmiş Federal Kansleri Sebastian Kurs, eyni zamanda, Avstriyanın sabiq Federal Kansleri Alfred Quzenbauer və Norveçin keçmiş Baş naziri Xjell Maqne Bondevik çıxış edəcəklər.