RU

Cinsiyyətini dəyişənlərin krediti ləğv olur? AÇIQLAMA

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzi vətəndaşlar ad və soyadını dəyişməklə bank qarşısındakı kredit öhdəliklərindən azad ola biləcəklərini düşünür. Lakin hüquqi baxımdan bu mümkün deyil, çünki borc şəxsiyyətə deyil, şəxsiyyətin qanuni identifikatorlarına, yəni vətəndaşlıq nömrəsi, doğum tarixi və digər sənədlərə bağlıdır. Banklar və maliyyə institutları borclunun hüquqi dəyişikliklərini izləyir və kredit öhdəliyini yeni ad altında da müəyyən edə bilirlər. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, ad və soyad dəyişilsə belə, vətəndaşın fərdi identifikasiya nömrəsi (FİN kodu) dəyişmir. "FİN kodu şəxsiyyət vəsiqəsində göstərilən unikal koddur və ömürlük hesab olunur. Banklar və digər maliyyə institutları hesabları FİN əsasında tanıyır, yəni müştərinin adını, soyadını, hətta cinsini dəyişməsi FİN koduna təsir etmir. Bu səbəbdən müştərinin öhdəliklərini müəyyən etmək və icra etmək mümkündür".Ekspert bildirib ki, ad-soyad dəyişdirilməsi və ya cinsin dəyişdirilməsi şəxsə götürdüyü öhdəliklərə heç bir təsir göstərmir."Hər hansı bir borc və ya öhdəlik varsa, həmin şəxs onu mütləq şəkildə icra etməlidir. Öhdəliyin dayandırılması və ya ləğv olunması yalnız məhkəmə qərarı ilə mümkündür və hüquq sistemində bu, yalnız məhkəməyə məxsus səlahiyyətdir. Praktikada, ad-soyad və ya digər şəxsi məlumatların dəyişdirilməsi borcun itirilməsi və ya öhdəliyin ləğv olunmasına səbəb olmur. Nəticə etibarilə, FİN kodu dəyişmədiyi müddətcə borc öhdəliyi yerində qalır və şəxs tərəfindən mütləq şəkildə icra edilməlidir. Ödəniş növü və icra üsulu isə məhkəmənin qərarı əsasında müəyyən olunur".Həmçinin oxu:

Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən daha faydalıdır

Ağaclar çiçək açana qədər evə mütləq vazelin alın — Səbəb

Kilosunu 30 manata alırıq: Xəstəlik yaradırmış — İllər sonra açıqlandıƏfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
85
demokrat.az

1Источники