RU

Uzun aradan sonra efirə çıxan Gülay AĞLADI - VİDEO

Müğənni Gülay Zeynallı qatıldığı televiziya proqramlarından birində duyğulu anlar yaşayıb.

Milli.Az xəbər verir ki, canlı efir zamanı gözlənilməz hadisə baş verib. Belə ki, proqram zamanı Arif Babayevin həyat yoldaşı studiyaya zəng edərək sənətçi haqqında xoş sözlər səsləndirib.

Telefon bağlantısında səsləndirilən fikirlər Gülay Zeynallını kövrəldib. Onun sənəti və səmimiyyəti haqqında deyilən təriflər müğənninin gözlərini yaşardıb və studiyada duyğulu anlar yaşanıb.

Sənətçi bir müddət emosiyalarını gizlətməyə çalışsa da, göz yaşlarına hakim ola bilməyib. Gülay Zeynallı ona ünvanlanan xoş sözlərə görə təşəkkür edərək belə diqqətin və qiymətin sənət adamı üçün çox dəyərli olduğunu bildirib.

Sözügedən anlar efiri izləyən tamaşaçıların da diqqətini çəkib və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bir çox izləyici müğənninin səmimiliyini və sənətinə göstərilən hörməti yüksək qiymətləndirib.

Musa
Milli.Az

Избранный
17
1
milli.az

2Источники