RU

Uşaqlar üçün tibbi müayinələr və mədəni əyləncəli proqram təşkil olunub

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycanda həssas sosial qruplardan olan uşaqlara göstərilən diqqət və qayğının artırılması, onların sağlamlığının qorunması və inteqrasiyasının dəstəklənməsi məqsədilə Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi bir sıra təşəbbüslər həyata keçirir. Bu məqsədlə Səhiyyə Nazirliyinin dəstəyi və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən 3 saylı uşaq evi sosial xidmət müəssisəsində yaşayan uşaqlar üçün tibbi müayinələr təşkil olunub.

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsindən AZƏRTAC-a bildirilib ki, tibbi göstərişlərə əsasən Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 11 nəfər azyaşlıda planlı sirkumzisiya əməliyyatı icra olunub. Layihə çərçivəsində 1 azyaşlının Yeni Klinikada adenoidektomiya əməliyyatının həyata keçirilməsi də nəzərdə tutulub.

Sözügedən sosial təşəbbüsün yekunu olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində fəaliyyət göstərən Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində uşaqlar üçün mədəni-əyləncəli proqram təşkil olunub. Tədbir çərçivəsində uşaqlar üçün əvvəlcə film nümayiş etdirilib, sonra rəsmi qonaqların iştirakı ilə bədii proqram təqdim olunub. Eyni zamanda, Novruz ənənələrini əks etdirən simvolik mərasim keçirilib və uşaqlar üçün şam süfrəsi təşkil edilib.

Tədbirin əsas məqsədi həssas sosial qrupdan olan uşaqlara diqqət və qayğının göstərilməsi, onların asudə vaxtının səmərəli təşkili və bayram əhvali-ruhiyyəsinin paylaşılması olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
azertag.az

1Источники