RU

Türkiyədə axtarışda olan terrorçu Suriyada nazir müavini oldu

Yazını böyüt
Yazını kiçilt

Suriya Müdafiə Nazirliyinin sözçüsü Asim Qalyun, Türkiyənin terror təşkilatı olaarq tanıdığı PKK/YPG liderlərindən Sipan Hemonun müdafiə nazirinin müavini təyin edildiyini açıqlayıb.

Hafta.az yazır ki, adı axtarışda olan Sipan Hemo, Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən 20 milyon lirə mükafatla qırmızı kateqoriyada axtarılanlar arasındadır.

Hemo YPG terror təşkilatının yüksək vəzifəli şəxslərindən olan Məzlum Abdinin yaxın adamı kimi tanınırdı və təşkilatın ali rəhbərliyində mühüm rol oynayıb.

Bu arada, 29 yanvarda həftələrlə davam edən qarşıdurmalardan sonra SDF ilə Dəməşq administrasiyası arasında SDF-nin Suriya dövlət strukturuna tədricən inteqrasiyasını nəzərdə tutan "hərtərəfli müqavilə" imzalanıb.

Yanvarda əldə edilən razılaşmanın bir hissəsi olaraq, Suriya hökumət qüvvələri Hasekə əyalətində SDF-nin nəzarətində olan bəzi ərazilərə daxil olub. Eyni dövrdə SDF tərəfindən dəstəklənən Nurəddin İsa Hasekə qubernatoru, Mərvan əl-Əli isə Suriya hökuməti tərəfindən əyalətin daxili təhlükəsizlik rəisi təyin edilib. Fevralın sonunda SDF-dən Məzlum Əbdi Rojava administrasiyası və Suriya Müdafiə Nazirliyinin inteqrasiya prosesini sürətləndirmək üçün iki yüksək səviyyəli komitə yaratmaq barədə razılığa gəldiyini açıqlayıb.

Избранный
67
hafta.az

1Источники