RU

Məhkəmə “Krokus”da terror aktı törətmiş 4 nəfəri ömürlük həbs cəzasına məhkum edib

Rusiya Federasiyasının 2-ci Qərb Dairə Hərbi Məhkəməsinin Apellyasiya Kollegiyası Moskva Şəhər Məhkəməsində keçirilən səyyar iclasda “Crocus City Hall” konsert zalında törədilən terror aktının birbaşa icraçılarını ömürlük həbs cəzasına məhkum edib...

APA xəbər verir ki, bu barədə RBK məlumat verib.

Qeyd edilib ki, Şamsidin Fariduni, Dalerjon Mirzoyev, Məhəmmədsobir Fayzov və Saidəkram Racabolizodanı cəzalarını xüsusi rejimli koloniyada çəkməklə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Onlar cəzalarının bir hissəsini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəza koloniyasında çəkəcəklər.

Bundan əlavə, məhkəmə hər birinə 990 min rubl məbləğində cərimə də təyin edib.

Qeyd edək ki, 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən Krokus Konsert salonuna terror hücumu olub, nəticədə 6-sı uşaq olmaqla, 145 nəfər həyatını itirib, 551 nəfər yaralanıb.

Poliqon.info

Избранный
44
2
poliqon.info

10Источники