RU

UN-Habitat-ın icraçı direktoru: Bakı Forumu düşüncə adamlarının açıq danışa bildiyi platformaya çevrilib

Bakı, 12 mart, AZƏRTAC

İllər ərzində Qlobal Bakı Forumu dünyanın vəziyyəti və multilateralizmin gələcəyi barədə liderlərin, düşüncə adamlarının açıq danışa bildiyi tanınmış platformaya çevrilib. Bugünkü şəraitdə bu rol heç vaxt indiki qədər vacib olmayıb. Biz intensiv geosiyasi gərginlik və bir-biri ilə üst-üstə düşən böhranlar dövründə görüşürük.

AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumunun açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rosbax deyib.

O bildirib ki, hazırkı Qlobal Bakı Forumu beynəlxalq səviyyədə diqqət mərkəzindədir. Azərbaycan COP29-a ev sahibliyi edərək dünyanı iqlim ambisiyalarını və iqlim maliyyələşməsini irəli aparmaq məqsədilə Bakıda bir araya gətirmişdi. Prezidentin də qeyd etdiyi kimi, bir neçə həftədən sonra Bakı 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək. Bu Forum davamlı şəhər inkişafı üzrə əsas qlobal platformamızdır.

Anaklaudia Rosbax qeyd edib ki, Bakı həm COP, həm də Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edən şəhərlər sırasına qoşulur. Bu isə iqlim dəyişikliklərinə necə cavab verdiyimizi və şəhər gələcəyimizi necə formalaşdırdığımızı müəyyənləşdirməyə kömək edir.

Azərbaycan Hökumətinin 2026-cı ili ölkədə “Şəhərsalma və Memarlıq İli” elan etməsi qərarını da yüksək qiymətləndirən İcraçı direktor deyib: “Bu, qloballaşmanın bəzən sual altına alındığı bir dövrdə Azərbaycanın şəhərlərinin və icmalarının keyfiyyətinə, eləcə də onları layihələndirən və idarə edən mütəxəssislərə sərmayə qoyduğunu göstərən güclü mesajdır”.

Избранный
82
2
azertag.az

3Источники