RU

İran milli futbol komandası 2026-cı il Dünya Çempionatında oynamayacaq

İranın idman naziri Əhməd Donemalı ölkənin milli futbol komandasının ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il Dünya Kubokunda iştirak etməyəcəyini açıqlayıb.

Oxuməni.az xəbər verir ki, İran dövlət televiziyasına verdiyi müsahibədə Donemali qeyd edib ki, ABŞ və İsrailin hücumları idmançıların turnirdə iştirakını çətinləşdirir.

Bir müddət əvvəl İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac bildirib ki, ABŞ-ın dəstəyi ilə İsrail hərbi əməliyyatının başlamasından sonra İran milli komandasının 2026-cı il Dünya Kubokunda iştirakı sual altındadır.

TV2 telekanalı Donemalıdan sitat gətirib: "Korrupsiyalaşmış hökumət (ABŞ - red.) liderimizi öldürdükdən sonra Dünya Kubokunda iştirak etməyimizə imkan verən heç bir şərt yoxdur".

Çərşənbə günü FİFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampın İran milli komandasını 2026-cı il Dünya Kubokunda görməkdən məmnun olacağını bildirib. Püşkatmaya əsasən, İran milli komandası 2026-cı il Dünya Kubokunun qrup mərhələsində Yeni Zelandiya, Belçika və Misirlə qarşılaşacaq və bütün oyunlar ABŞ-da oynanılacaq.

Almaz Həsənli

Избранный
14
oxumeni.az

1Источники