RU

Bolqarıstan və Yunanıstanın Hərbi Hava Qüvvələri birgə təlimlərə başlayır

Bakı, 12 mart, AZƏRTAC

Bolqarıstan və Yunanıstanın Hərbi Hava Qüvvələri birgə təlim uçuşlarına başlayır. Uşuşlar Bolqarıstanın hava məkanında keçiriləcək.

AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müdafiə nazirinin fərmanına əsasən, iki Yunanıstan F-16 “Fighting Falcon” qırıcısının ekipajları və standart silahları ilə birlikdə Bolqarıstana daxil olmasına icazə verilib. Zərurət yarandıqda, təyyarələrə dəstək üçün 50-yə qədər hərbi qulluqçu da ölkəyə gələ biləcək.

Nazirlik qeyd edib ki, birgə uçuşların məqsədi hava məkanının monitorinqini və mühafizəsini gücləndirməkdir və təlimlər hər hansı hərbi əməliyyat xarakteri daşımır.

Xatırladaq ki, həftənin əvvəlində Bolqarıstanın F-16 “Fighting Falcon” qırıcıları Sofiya hava limanı ətrafında təlim uçuşları həyata keçirib. Təlimlərin məqsədi pilotları ölkə ərazisindəki mülki hava limanlarına yaxınlaşma əməliyyatlarına hazırlamaqdır.

Избранный
68
2
azertag.az

3Источники