RU

İran regiondakı neft yataqları və terminallarını vurmağa başladı: Qiymətlər yenidən 100 dolları keçdi

İran Körfəz ölkələrindəki neft yataqlarını və yükləmə terminallarını hədəf almağa başlayıb.

Musavat.com xəbər verir ki, SEPAH artıq BƏƏ-nin Fujayra Əmirliyindəki neft yatağına və Şarja Əmirliyindəki sənaye zonasına hücum etdiyini açıqlayıb: "Fujayradakı neft yatağı və Şarjadakı sənaye zonası, eləcə də Küveytdəki hərbi bazadakı Amerika obyektləri son hücumun əsas hədəfləri olub".

İran həmçinin Bəhreynin şimalındakı Muharraq əyalətində yanacaq bazasına hücum edib.

İran həmçinin İraq sahillərində 3 neft tankerinə hücum edib. Tankerlərdə yanğın başlayıb. Bu hücumdan sonra İraqın neft terminalları fəaliyyətini dayandırıb.

Bu barədə İraq Limanları İdarəsinin baş direktoru Fərhan əl-Fartusi bildirib ki, hazırda neft limanı əməliyyatları dayandırılıb, lakin kommersiya limanları fəaliyyətini davam etdirir.

Bundan əlavə, Şafaq Xəbər portalının məlumatına görə, İraqın cənub bölgəsində yerləşən dünyanın ən böyük neft yataqlarından biri olan “Məcnun”a 24 saat ərzində ikinci dəfə pilotsuz təyyarə hücum edib.

İraqın Bəsrə əyalətindəki təhlükəsizlik xidmətlərinin məlumatına görə, Məcnuna yönəlmiş PUA yataqda işləyən işçilərin yaşadığı binanın yaxınlığında düşüb, yatağa heç bir ziyan dəyməyib və xəsarət alan olmayıb.

İran eyni zamanda Səudiyyə Ərəbistanının “Şeybah” neft yatağınaa iki dronla hücum etməyə cəhd edib. Ər-Riyad onların məhv edildiyini açıqlayıb.

İranın bu zərbələrindən sonra dünya bazarında neft qiymətləri yenidən artmağa başlayaraq bir barel üçün 100 dolları keçib.

Musavat.com

Избранный
80
musavat.com

1Источники