RU

ABŞ Strateji Neft Ehtiyatının ağzını açır 172 milyon barel bazara çıxarılır

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ İrana hücumdan sonra dünyada sürətlə bahalaşan neft və neft məhsullarına qarşı yeni həmləyə keçib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkə artıq 100 ilə yaxındır depoladığı Strateji Neft Ehtiyatından 172 milyon barel neftı bazara çıxarmağa qərar verib.

Bu haqda açıqlama verən ABŞ Enerji nazir Kris Rayt bildirib ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) 32 üzv ölkəsi Prezident Donald Trampın enerji qiymətlərini aşağı salmaq üçün koordinasiyalı şəkildə ehtiyatlarından 400 milyon barel neft və emal olunmuş məhsulların azad bazara çıxarılma  tələbini yekdilliklə qəbul edib: "Bu təəbin və mövcud bazarın durumunu nəzərə alan Prezident Tramp Enerji Departamentinə gələn həftədən etibarən Strateji Neft Ehtiyatından 172 milyon barel neftin bazara çıxarılmasına göstəriş verib".

Nazirin sözlərinə görə, bu proses təxminən 120 gün çəkəcək: "Bununla belə, ABŞ bu müddətdə strateji ehtiyatların gələn il ərzində təxminən 200 milyon barel artırılmasınə planlaşdırıb".

Lamiyə Əhmədli

Mia.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
96
mia.az

1Источники