RU

ABŞ öz ehtiyatlarını açdı: 172 milyon barel bazara axacaq

ABŞ öz strateji ehtiyatlarından bazara 172 milyon barel neft buraxmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Energetika naziri Kris Rayt açıqlayıb: "Prezident Tramp Energetika Nazirliyinə gələn həftədən başlayaraq Strateji Neft Ehtiyatından 172 milyon barel neft buraxmaq səlahiyyəti verib. Planlaşdırılan buraxılış sürətinə əsasən, çatdırılma təxminən 120 gün çəkəcək".

Bu təşəbbüs Amerika liderinin ABŞ-ın enerji təhlükəsizliyini qorumaq vədinə sadiqliyini nümayiş etdirir.

Qeyd edək ki, dünən Tramp WKRC radiosuna verdiyi müsahibədə  qiymətləri aşağı salmaq üçün Strateji Neft Ehtiyatından istifadə edəcəyini açıqlayıb: "Bəli, biz bunu edəcəyik. Və sonra anbarlarımızı dolduracağıq".

Musavat.com

Избранный
44
musavat.com

1Источники